Bakı şəhər sakini Adilxan Məmmədov Qusar rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisindəki otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dolları pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, polis əməkdaşları cinayətin zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü 30 yaşlı Fərid Məmmədov tərəfindən törədildiyini müəyyənləşdiriblər. Sürücü Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
F.Məmmədov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib, zərərçəkənin pullarını oğurladığını bildirib. Sürücü oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.
Faktla əlaqədar Qusar rayon Polis Şöbəsində araşdırmalar aparılır.