Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.
“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-cü kilometrində yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.