logo

Çinli iş adamı Azərbaycanda pulunu itirdi

20:59 16-08-2019 | icon 2702
Çinli iş adamı Azərbaycanda pulunu itirdi
Avqustun 15-də Bakıya gələn Çin vətəndaşı Wei Yuli Gürcüstandan Bakıya gəldiyi “Mersedes” markalı sərnişin mikroavtobusundan paytaxt ərazisində düşən zaman içərisində 2000 ABŞ dolları, 300 Yuan, 1000 Sinqapur dolları, 400 lari, 100 manat və bank kartları olan pul kisəsini həmin nəqliyyat vasitəsində unudub.

YeniAvropa xəbər verir  ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki,Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən  Çin vətəndaşına lazımi kömək göstərilib. DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin və 22-ci polis şöbəsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri birgə tədbirlər nəticəsində həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilib və nəqliyyat vasitəsi Goranboy rayonundakı stasionar postda saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini Dursun İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə gətirilib. O, Çin vətəndaşının itmiş əşyalarının polisə təqdim etdikdən sonra izahatı alınaraq buraxılıb.

Çin vətəndaşı Vei Yuli qısa zamanda ona belə böyük kömək göstərdiklərinə görə Azərbaycan polisinə təşəkkürünü bildirib. O deyib həmişə Bakı haqqında xoş sözlər eşidib və bir daha bunun şahidi olub. Çinli turist ölkəsinə qayıdandan sonra Bakıda gördükləri və polislərin ona göstərdikləri kömək barədə dostlarına danışacağanı bildirib.

İş adamı olan Vei Yuli Azərbaycana biznes qurmaq məqsədilə gəldiyini bildirib.