logo

Zaqatalada 4.3 bal gücündə zəlzələ olub

10:44 11-08-2019 | icon 2702
Zaqatalada 4.3 bal gücündə zəlzələ olub

Avqustun 11-də Zaqatala stansiyasindan 16 kilometr cənub-qərbdə - Zaqatala ərazisində 4.3 maqnituda gücündə zəlzələ baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:29-da qeydə alınıb.

Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.