Bu gün avqustun 10-da Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən 4 azyaşlı uşaq dənizdə batıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.
M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.