logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

19:51 09-08-2019 | icon 2632
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - avqustun 10-11-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35°, dağlıq rayonlarda 20-25° isti olacaq.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Şimal-şərq küləyi əsəcək, avqustun 11-də arabir güclənəcək. Havanın maksimal temperaturunun 30-34° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 32-37° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, avqustun 11-də arabir güclənəcək, avqustun 12-də şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 33-38° isti olacaq.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, avqustun 11-də güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 27-30°, bəzi yerlərdə 34° isti olacağı ehtimal edilir.