Səhər saatlarında Qaradağ rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, mikroavtobusun yük avtomobili ilə toqquşmasına dair təcili yardıma çağırış saat 07.42-də daxil olub.
Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Həkimlərin bildirdiyinə görə yaralılardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağırdır.
Xatırladaq ki, bu gün səhər Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.