“Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıdan Dubaya uçan “J2-015” nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.
YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.Qeyd edilib ki, “Airbus A319” təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub. Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub. Ekipaj üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.
Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.