Sabirabadda yolu keçmək istəyən piyadanı avtomobil vurub.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Sabirabad rayon sakini Ramiz Mustafayev yolu keçmək istəyərkən “Mercedes” markalı minik avtomobili tərəfindən vurulub. Ağır bədən xəsarəti alan piyada şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırılma aparılır.