Şirvanda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
“QAZ-31” markalı minik avtomobili yolu keçmək istəyən Şirvan şəhər sakinləri – Xalid Məmmədov və Dmitri Çikunovu vurub. Ağır bədən xəsarəti alan zərərçəkənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırılma aparılır.