Mayın 23-də Yevlax rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə səhər saat 08:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Yevlax rayon Yuxarı Qarxun kənd sakini Qənbər Şərifovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılar Yevlax və Mingəçevirdə xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.