Neftçala rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində qeydə alınıb.
Magistralda hərəkətdə olan mikroavtobus qabaqda gedən “Kamaz” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Ölənlərin meyiti müayinə olunmaq üçün Salyan morquna aparılıb. Xəsarət alınanlar isə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.