logo

Qarabağ Universitetində işləyən müəllimlər evlə təmin olunacaq

12:52 14-06-2024 | icon 3773
Qarabağ Universitetində işləyən müəllimlər evlə təmin olunacaq

Qarabağ Universitetində işləyən müəllimlər müvafiq qaydalara əsasən yaşayış yeri ilə təmin ediləcəklər.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universitetində müəllimlərin əməkhaqqı orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq: “Qarabağ Universitetinə təcrübəli müəllimlər cəlb olunacaq. Eyni zamanda, universitetdə yüksək bal toplayan tələbələr üçün əlavə təqaüdlər nəzərdə tutulur”.