logo

Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər

11:55 24-10-2024 | icon 448
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar Nizami Səfərov, Kəmaləddin Qafarov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Tbilisi şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, deputatlar Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaq, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.

Deputatların səfəri oktyabrın 27-də başa çatacaq.