logo

“Coca-Cola” Avstriyadakı milyonlarla məhsulunu geri qaytarır

13:33 24-10-2024 | icon 336
“Coca-Cola” Avstriyadakı milyonlarla məhsulunu geri qaytarır

“Coca-Cola” şirkəti Avstriyada satışa çıxarılan bəzi məhsullarını geri qaytarmağa çağırıb.

YeniAvropa xəbər verir ki, məhsulun geri qaytarılması ilə bağlı qərar istehsaldakı texniki səhvə görə qəbul olunub. Belə ki, 0,5 litrlik PET qablarda kiçik metal parçalarının ola biləcəyi ehtimal edilir.

Şirkətin məlumatına görə, alıcılar həmin məhsulları qəbz təqdim etmədən Avstriyanın pərakəndə satış məntəqələrinə qaytara və ödədikləri pulları geri ala bilərlər.

Pərakəndə satış mərkəzlərindən və restoranlardan da belə məhsulları geri qaytarmaları istənilir.