0,5 milyardlıq malı ixrac edən daha bir qrup ifşa olunub
Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.
Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olan digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmayan şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
0,5 milyardlıq malı ixrac edən daha bir qrup ifşa olunub
Paytaxtda rus ər-arvadı öldürən şəxs həbs edilib
Kazanda Əliyev-Paşinyan görüşü: Sülh Sazişinin yekunlaşdırılması təlimatı verildi
Biləsuvarda "Jiquli" traktorla toqquşub:1 nəfər ölüb, 2 nəfər yaralanıb
Туркменистан выступает за системное рассмотрение климатической проблематики
Kazanda İlham Əliyev-Nikol Paşinyan görüşü başlayıb
Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığı genişləndirəcək
Putin Türkiyənin BRICS ilə əməkdaşlığını vacib sayır
Paytaxtda ərini küt alətlə vurub öldürən qadın saxlanılıb
Sinoptiklərdən Bakıda leysan ,bölgələrdə isə qar xəbərdarlığı
Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 14 milyard manata çatır
Sabah Bakıda 19° isti olacaq
“Coca-Cola” Avstriyadakı milyonlarla məhsulunu geri qaytarır
Milli Məclisinin deputatlarının noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan futbol millisi FİFA reytinqində 118-ci yerdədir
İlham Əliyev Kazanda BRICS Sammitində iştirak edir
"COP29"a gələcək qonaqlar üçün Bakı,Abşeron və Sumqayıtda 220 hotel hazırlanıb
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün “Kazan Expo” sərgi mərkəzinə gəlib
İşğaldan azad olunan ərazilərdə təqribən 1,5 milyon mina basdırılıb
Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq
Babək Quliyev UEFA-dan yeni təyinat alıb
Moskvadakı keçmiş "Bakı" kinoteatrı çoxfunnksiyalı fəaliyyətə başlayıb
Azərbaycan nefti 75,53 dollara satılır