logo

İşğaldan azad olunan ərazilərdə təqribən 1,5 milyon mina basdırılıb

11:11 24-10-2024 | icon 420
İşğaldan azad olunan ərazilərdə təqribən 1,5 milyon mina basdırılıb

“İşğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir”.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov deyib.

Onun sözlərinə görə, indiyədək təmizlənmiş ərazilərdən 161 min mina aşkarlanıb.

“Bu, beynəlxalq problemdir. Düşünürəm ki, növbəti illərdə minadan təmizləmə aktual məsələ olaraq qalacaq”, - deyə o, əlavə edib.