logo

Kür çayına 600 min balıq körpəsi buraxılıb

11:56 14-06-2024 | icon 2324
Kür çayına 600 min balıq körpəsi buraxılıb

Su hövzələrində balıq populyasiyasının bərpası məqsədilə “Xıllı Nərə Balıqartırma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yetişdirilmiş 600 min nərə və uzunburun balıq körpəsi iyunun 14-də Neftçala rayonunun Sübh kəndi ərazisindən Kür çayının mənsəbinə buraxılaraq onların təbii artımına və bərpasına dəstək göstərilib.

YeniAvropa xəbər verir ki, tədbirdən sonra iştirakçılar Neftçala rayonundakı “Xıllı Nərə Balıqartırma” MMC-də balıqların istehsalat sahəsi ilə yaxından tanış olublar. İlboyu yetişdirilmiş balıqlar, onların inkubasiya prosesi və balıq buraxılışı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin, Kənd Təsərrüfatı Nazirliyinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Neftçala Rayon Təşkilatının, Neftçala Rayon Heydər Əliyev Mərkəzinin, Bakı Dövlət Universitetinin, özəl balıqartırma təsərrüfatlarının, nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Balıqların kürütökmə dövrü ilə əlaqədar olaraq Xəzər dənizi və daxili su hövzələrində sənaye məqsədli balıq ovuna qadağa sentyabrın 1-dək davam edəcək. Bu baxımdan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda və olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.