logo

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9,5 milyard m3 qaz ötürülüb

11:11 14-06-2024 | icon 2359
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9,5 milyard m3 qaz ötürülüb

Yanvar-may aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 17 milyard 359 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 3 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, beş ayda qaz nəqlinin 54,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,63 faiz artaraq 9 milyard 471,6 milyon kubmetr təşkil edib.