logo

5 ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 12 milyon ton neft nəql edilib

10:30 14-06-2024 | icon 1932
5 ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 12 milyon ton neft nəql edilib

Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 1,78 faiz azalaraq, 15 milyon 971,1 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, nəqletmənin 75,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmərlə neft nəqli 3,6 faiz azalaraq 11 milyon 986,4 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3 faizini və ya 9749 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7 faizini və ya 2237,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.