logo

Macarıstan NATO-nun Ukraynaya dəstək planlarında iştirak etməyəcək

13:13 12-06-2024 | icon 3290
Macarıstan NATO-nun Ukraynaya dəstək planlarında iştirak etməyəcək

Macarıstan NATO-nun Ukraynaya yardım proqramlarına qatılmayacaq, lakin bunu edəcək digər müttəfiqlərə də mane olmayacaq.

YeniAvropa xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Budapeştdəki danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin alyansın bütün proqramlarına mütləq qatılmaq barədə öhdəlikləri yoxdur və Macarıstan alyansın Ukraynaya hərbi yardım planlarında iştirak etməyəcək. Bundan əlavə, macarıstanlı hərbçilər Ukrayna ordusunun təlimlərinə və təhlükəsizlik sektorunda Kiyevə yardım layihələrinə də qatılmayacaq.

Yens Stoltenberq, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın digər NATO üzvlərinin Ukrayna üzrə layihələrdə iştirakına mane olmayacağını vurğulayıb.

Qeyd edək ki, NATO liderlərinin iyulda keçiriləcək sammitində Ukraynaya əlavə dəstək barədə qərarın qəbul ediləcəyi gözlənilir. Viktor Orban dəfələrlə bu təşəbbüsləri yanlış hesab etdiyini bildirib.