logo

ABŞ-ın müdafiə naziri xəstəxanaya yerləşdirilib

09:09 12-02-2024 | icon 1708
ABŞ-ın müdafiə naziri xəstəxanaya yerləşdirilib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin sidik kisəsi problemi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin bəyanatında bildirilib.

Sənəddə qeyd edilib ki, Ostin yerli vaxtla təxminən saat 14:20-də (Bakı vaxtı ilə 23:20) “sidik kisəsində yaranan problemləri göstərən əlamətlər səbəbindən müayinə üçün” Uolter Rid Mərkəzinə aparılıb. Pentaqonun mətbuat katibi qeyd edib ki, Ostinin xəstəxanaya yerləşdirilməsi barədə müdafiə nazirinin müavini Ketlin Hiksə və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Brauna, həmçinin Ağ Evə və Konqresə məlumat verilib.

“Hazırda nazir öz funksiyalarını saxlayır və vəzifələrini yerinə yetirməkdə davam edir", - deyən Pentaqonun mətbuat katibi ABŞ müdafiə nazirinin müavininin lazım gələrsə, departament rəhbəri vəzifələrini öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.