logo

Ordumuzun bölmələri 36 min hektar ərazini minadan təmizləyib

12:12 02-02-2024 | icon 763
Ordumuzun bölmələri 36 min hektar ərazini minadan təmizləyib

Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.

YeniAvropa nazirliyin "Facebook" səhifəsinə istinadla xəbər verir ki, mühəndis-istehkam bölmələri ümumilikdə 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.

Onlardan 10 min 400-ü piyada əleyhinə, 3300-ü tank əleyhinə mina, 11 min 850 partlamamış döyüş sursatı olub.