Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji platforması” yaradacaq
Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.
YeniAvropa Energetika Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.
Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafının cari vəziyyətindən bəhs edib. Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin “yaşıl enerji” potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, təxminən bir il əvvəl ölkələrimiz vahid mövqedən çıxış edərək “yaşıl enerji” dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqləyib: “Bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. “Yaşıl enerji” tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpa olunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir”.
Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə “CESI” məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlər nəzərdən keçirilib.
İclasda dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin keçirilməsi müsbət qiymətləndirilib və prosesin tamamlanmasından sonra texniki-iqtisadi əsaslandırmaya dərhal başlamaq niyyəti ifadə olunub. Birgə müəssisənin tezliklə yaradılmasının vacibliyi vurğulanaraq bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə 4 ölkənin ötürücü sistem operatorlarının dekabrda Bakıda görüşünün keçirilməsi, həmçinin Bolqarıstanın layihəyə qoşulması ilə bağlı proseslərə başlanması barədə razılıq əldə olunub.
Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropa ilə “yaşıl enerji” mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.
İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.
0,5 milyardlıq malı ixrac edən daha bir qrup ifşa olunub
Paytaxtda rus ər-arvadı öldürən şəxs həbs edilib
Kazanda Əliyev-Paşinyan görüşü: Sülh Sazişinin yekunlaşdırılması təlimatı verildi
Biləsuvarda "Jiquli" traktorla toqquşub:1 nəfər ölüb, 2 nəfər yaralanıb
Туркменистан выступает за системное рассмотрение климатической проблематики
Kazanda İlham Əliyev-Nikol Paşinyan görüşü başlayıb
Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığı genişləndirəcək
Putin Türkiyənin BRICS ilə əməkdaşlığını vacib sayır
Paytaxtda ərini küt alətlə vurub öldürən qadın saxlanılıb
Sinoptiklərdən Bakıda leysan ,bölgələrdə isə qar xəbərdarlığı
Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 14 milyard manata çatır
Sabah Bakıda 19° isti olacaq
“Coca-Cola” Avstriyadakı milyonlarla məhsulunu geri qaytarır
Milli Məclisinin deputatlarının noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan futbol millisi FİFA reytinqində 118-ci yerdədir
İlham Əliyev Kazanda BRICS Sammitində iştirak edir
"COP29"a gələcək qonaqlar üçün Bakı,Abşeron və Sumqayıtda 220 hotel hazırlanıb
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün “Kazan Expo” sərgi mərkəzinə gəlib
İşğaldan azad olunan ərazilərdə təqribən 1,5 milyon mina basdırılıb
Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq
Babək Quliyev UEFA-dan yeni təyinat alıb
Moskvadakı keçmiş "Bakı" kinoteatrı çoxfunnksiyalı fəaliyyətə başlayıb
Azərbaycan nefti 75,53 dollara satılır