logo

“EURO-2024”: Millimiz bu gün seçmə mərhələdə son oyununa çıxır

11:55 19-11-2023 | icon 1169
“EURO-2024”: Millimiz bu gün seçmə mərhələdə son oyununa çıxır

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olacaq. "Kinq Baudouin” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qaşılaşmanı macarıstanlı FIFA referisi Gerqo Boqar idarə edəcək.

Hazırda Azərbaycan millisi F qrupunda 7 xalla dördüncü, belçikalılar isə 17 xalla ikincidir.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveç və Estoniya yığmaları üz-üzə gələcəklər.