logo

Quba və Qusara qar yağıb

13:53 17-11-2023 | icon 1372
Quba və Qusara qar yağıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

YeniAvropa xəbər verir ki, noyabrın 17-si səhər saatlarından başlayaraq  sulu qar, ardınca isə qar yağmağa başlayıb.

Qubanın Xınalıq kəndinin sakinləri bildiriblər ki, hazırda kənd ərazisində 2 santimetrədək qar var.

Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.