logo

Sahibə Qafarova Bişkekdə MDB PA Şura iclasında iştitak edib

12:12 17-11-2023 | icon 1393
Sahibə Qafarova Bişkekdə MDB PA Şura iclasında iştitak edib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyanın(MDB PA) Şura iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, iclasda bir sıra təşkilati və gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbirdə, həmçinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, o cümlədən təşkilata üzv ölkələrin bəzi parlament təmsilçiləri MDB PA tərəfindən təltif edilib.