logo

Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin sədri seçilib

11:11 17-11-2023 | icon 1372
Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin sədri seçilib

 

Strasburqda Avropa Şurasının Cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin(PC-OC)  növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən YeniAvropa verilən məlumata görə,iclasda PC-OC-un rəhbərliyinə Avropa Şurası üzv dövlətlərdən namizədlər sırasından səsvermə yolu ilə yeni seçkilər keçirilib.

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycanın Komitədə səmərəli təmsilçiliyi, təşəbbüskarlığı nəzərə alınaraq, Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov Komitənin sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, Avropa Şurasına üzv olan və müşahidəçi qismində iştirak edən 50-ə yaxın dövlətin və beynəlxalq təşkilatların ekspertlərinin bir araya gəldiyi Ekspertlər Komitəsi ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və digərləri haqqında Avropa konvensiyaları üzrə əməkdaşlıq məsələlərini tənzimləyir, təcrübə mübadiləsi aparır, bu sahədə rast gəlinən praktiki problemlərin həllinə və yeni tendensiyalara dair standartlar işləyib hazırlayır və onları qəbul etmək üçün Nazirlər Komitəsinə təqdim edir.