logo

Bu gün paytaxtda iki rayonda qaz olmayacaq

16:12 13-11-2023 | icon 1890
Bu gün paytaxtda iki rayonda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Alatava QPS qolu” yüksəktəzyiqli magistral qaz kəmərinin 0-cı kilometrində quraşdırılmış siyirtmədə görüləcək təmir işləri ilə əlaqədar noyabrın 13-də saat 14:00-dan işlər başa çatanadək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” və “Mikrorayon” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi və Nəsimi rayonlarının bir hissəsinin (Binəqədi rayonu 6-cı, 8-ci və 9-cu mikrorayonlar, Xutor qəsəbəsi, Vorovski yaşayış massivi, Biləcəri qəsəbəsinin bir hissəsində - Natəvan, Qabil Süleymanov, Rəşid İsmayılov, Yəhya Hüseynov, Şevçenko və Tolstoy küçələrinin ətrafı, “Motodrom” yaşayış massivi ərazisi, Nəsimi rayonu 1-ci, 2-ci, 3-cü, 4-cü mikrorayon, 1-ci və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, H.Əliyev prospekti) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.