logo

Sinoptiklərdən xəbərdarlıq: Dolu düşəcək, qar yağacaq

14:44 13-11-2023 | icon 1127
Sinoptiklərdən xəbərdarlıq: Dolu düşəcək, qar yağacaq

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü gündüz cənub küləyinin sürətinin 15-18 metr/saniyə olacağı, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Noyabrın 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Dağlıq Şirvan) yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 14-ü axşam, noyabrın 15-i gecə və səhər qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi bildirilir.