Bu gün səhər "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 06:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.
"Bakı Metropoliteni" QSC-dən YeniAvropa-ya bildirilib ki, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib.
Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.