Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan veriblər
Noyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçirilir.
YeniAvropa xəbər verir ki, imtahan saat 10:00-dan və 15:00-dan başlayaraq üç saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Mərkəzin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.
Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş imtahanda 294 namizədin iştirakı nəzərdə tutulur. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək. Şəffaflığın təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakına şərait yaradılıb.
İmtahanda namizədlərin 56,1 faizi Bakıdan, 43,9 faizi isə respublikanın digər regionlarındandır. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəyini deməyə əsas verir.
Namizədlərin 12,3 faizi xarici, 87,7 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 45,2 faiz ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66 faizini təşkil edir. Qadın namizədlər 27 faiz, kişi namizədlər isə 73 faizdir. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının imtahanda iştirak edən namizədləri 7 faiz təşkil edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. Bu imtahan da vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığı nəzərə alınaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunmuş razılığa əsasən keçirilir.
0,5 milyardlıq malı ixrac edən daha bir qrup ifşa olunub
Paytaxtda rus ər-arvadı öldürən şəxs həbs edilib
Kazanda Əliyev-Paşinyan görüşü: Sülh Sazişinin yekunlaşdırılması təlimatı verildi
Biləsuvarda "Jiquli" traktorla toqquşub:1 nəfər ölüb, 2 nəfər yaralanıb
Туркменистан выступает за системное рассмотрение климатической проблематики
Kazanda İlham Əliyev-Nikol Paşinyan görüşü başlayıb
Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığı genişləndirəcək
Putin Türkiyənin BRICS ilə əməkdaşlığını vacib sayır
Paytaxtda ərini küt alətlə vurub öldürən qadın saxlanılıb
Sinoptiklərdən Bakıda leysan ,bölgələrdə isə qar xəbərdarlığı
Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 14 milyard manata çatır
Sabah Bakıda 19° isti olacaq
“Coca-Cola” Avstriyadakı milyonlarla məhsulunu geri qaytarır
Milli Məclisinin deputatlarının noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan futbol millisi FİFA reytinqində 118-ci yerdədir
İlham Əliyev Kazanda BRICS Sammitində iştirak edir
"COP29"a gələcək qonaqlar üçün Bakı,Abşeron və Sumqayıtda 220 hotel hazırlanıb
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün “Kazan Expo” sərgi mərkəzinə gəlib
İşğaldan azad olunan ərazilərdə təqribən 1,5 milyon mina basdırılıb
Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq
Babək Quliyev UEFA-dan yeni təyinat alıb
Moskvadakı keçmiş "Bakı" kinoteatrı çoxfunnksiyalı fəaliyyətə başlayıb
Azərbaycan nefti 75,53 dollara satılır