logo

Azərbaycan “Logitrans Turkiye 2023” sərgisində təmsil olunacaq

12:52 04-11-2023 | icon 2058
Azərbaycan “Logitrans Turkiye 2023” sərgisində təmsil olunacaq

Noyabrın 15-17-də “ADY Express” logistika və nəqliyyat sənayesinin əsas tədbirlərindən biri sayılan “Logitrans Turkiye 2023” beynəlxalq sərgidə iştirak edəcək.

YeniAvropa xəbər verir ki, “Logitrans Turkiye 2023” sərgisi dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən, nəqliyyat və logistika sahəsində çalışan mütəxəssisləri və şirkətləri bir araya gətirən əhəmiyyətli toplantılardan biridir. Sərgidə şirkətlərin yükdaşıma və logistik sahəsində təcrübələri paylaşılacaq və əməkdaşlıq imkanları müzakirə ediləcək.