AQTA bir neçə ölkədən ət məhsullarının idxalına qadağa qoydu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi(AQTA0 başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənYeniAvropa-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və ABŞ-ın Ayova, Oreqon ştatlarında yüksək patogen quş qripi xəstəliyi baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən bütün növ quşçuluq məhsullarının, o cümlədən quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
UEFA Rusiyanı Millətlər Liqasından kənarlaşdırıb
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub
İstanbulda İƏT-in Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb
Sabah Bakıda 22° isti olacaq
ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq
Sahibə Qafarova Çexiya Senatının sədri ilə görüşüb
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb
İlham Əliyev Laos prezidentini təbrik edib
Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Dünya çempionatı:Bu gün 5 güləşçimiz xalça üzərinə çıxacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Paytaxtda “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
Şəkidə “Ford” dərəyə aşıb, xəsarət alan var
Dünya çempionatı:Kişi güləşçilərimiz 5 medal qazanıblar
Sahibə Qafarova Çexiyaya səfərə gedib
"İnterpol"la axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Belqrad-Bakı birbaşa aviareysi açılır
Qubada avtomobil su kanalına düşüb
Azərbaycanda qızılcaya yoluxma halları artır
Azərbaycanda pul bazası 18 milyard manat ötür
Dünya çempionatı:Daha iki güləşçimiz medal qazanıb