logo

Bankların aktivləri 45,5 milyard manat artıb

11:11 01-11-2023 | icon 1603
Bankların aktivləri 45,5 milyard manat artıb

Sentyabrın sonuna olan məlumata görə, Azərbaycanda bank sektorunun aktivləri 45,5 milyard manat artıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

YeniAvropa xəbər verir ki, bu fukri Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, iqtisadiyyata kredit qoyuluşları 16,7 faiz artaraq 23,3 milyard manata, biznes kreditləri isə 12 faiz artaraq 12,1 milyard manata çatıb. Dövlət fondları nəzərə alınmadan banklar tərəfindən verilmiş biznes kreditlərinin həcmi 15 faiz artaraq 11,1 milyard manata yüksəlib. Vaxtı keçmiş kreditlərin həcmi 534,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalma deməkdir. Vaxtı keçmiş kreditlərin portfeldəki payı 23 faiz geriləyib. Fiziki şəxslərin əmanətlərinin həcmi 12,4 milyard manat olub. Depozitlərin dollarlaşma səviyyəsi aşağı enib.