Azərbaycan İnsan orqanlarının alverinə qarşı Konvensiyaya qoşulub
Oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə təşkilatın Baş katibi xanım Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib. Azərbaycan tərəfi Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzalayıb. Xanım Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi dəyərləndirib, uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq əməkdaşlığın bundan sonra da uğurla davam etdirələcəyinə inamını ifadə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, general-polkovnik Əli Nağıyev regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.
Baş katib Mariya Peyçinoviç Buriç Avropa Şurasının Cənubi Qafqazda hər zaman sülhün qorunub saxlanılmasına önəm verdiyini və təşkilatın bu prosesə lazımi dəstək göstərə biləcəyini qeyd edib.
Söhbət əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan Xidmət rəisi Əli Nağıyev Avropa Şurasının Baş katibinin təşkilatın əhatə etdiyi ölkələrdə yaşayan şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasibət bildirərək, qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının Azərbaycanın xeyli zaman ərzində qaçqın və məcburi köçkün halında yaşamış, itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin Ermənistan tərəfindən basdırılmış minalardan sağlamlıqlarını itirmiş vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsində də tətbiq olunacağına ümidvar olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edilib
Azərbaycan Rumıniya və Moldovadakı səfirlərini geri çağırdı
Məhərrəm Əliyev Prezidentinin köməkçisi vəzifəsindən azad edildi və hərbi xidmətdən istefaya göndərildi
2024-cü il:Novruz,Ramazan və Qurban bayramlarının günləri bəlli olub
2024-cü ildə ilk iş günü yanvarın 7-dən başlayacaq
Azərbaycan nefti 80,21 dollara satılır
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
BMT-nin baş katibi Azərbaycan-Ermənistan birgə açıqlamasını alqışlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Faktiki hava:Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib
Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri quraşdırılacaq
Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub
Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib
Dövlət Aqrar Universitetinin yenidən KTN-in tabeliyinə verildi
Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın iclası keçirilir