logo

Prezident 80 yaşlı xalq rəssamına “Şöhrət” ordeni verdi

12:52 30-10-2023 | icon 1659
Prezident 80 yaşlı xalq rəssamına “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev oktyabrın 30-da xalq rəssamı Arif Hüseynovun ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Arif Hüseynov 30 oktyabr 1943-cu ildə Bakının Qala kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 2006-cı ildə isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülüb.