Praqada Azərbaycan icması ilə görüş keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Praqada yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Görüşdə Çexiyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Bərdə terroru qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş filmin təqdimatı və şanlı Zəfərimizi əks etdirən “Xalqa verilən söz həqiqətə çevrildi” mövzusunda videoçarxın nümayişi ilə davam edib.
Görüş iştirakçılarını salamlayan Komitə sədri soydaşlarımızı prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edib. Azərbaycanın Dövlət Bayrağının Xankəndi, Xocalı, Əsgəran və Ağdərədə ucaldılması kimi möhtəşəm tarixi hadisəyə görə dünya azərbaycanlıları adından dövlət başçımıza və qəhrəman hərbçilərimizə minnətdarlığını ifadə edib.
Komitənin fəaliyyəti barədə geniş hesabatla çıxışını davam etdirən sədr indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri, gerçəkləşdirilən sistemli layihələr, Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri kimi məsələləri nəzərə çatdırıb. Azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb, bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb. Çexiyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında fəal iştiraklarına görə Eldar Vəliyevə, Leyla Begim Cəfərovaya və Fərid Əmirəliyevə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov çıxışında ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə dünyanın müxtəlif ölkələrində, o cümlədən Çexiyada silsilə tədbirlərin keçirildiyini bildirib. Azərbaycan icmasının da bu tədbirlərdə iştirak etdiyini vurğulayan səfir Çexiyadakı diasporumuzun fəaliyyətini yüksək qiymətləndirib, soydaşlarımızı mədəniyyət və incəsənətimizin təbliği istiqamətində fəal olmağa, məqsədyönlü addımlar atmağa dəvət edib.
Azərbaycanlı diplomat Avropa məkanında bəzi qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının arxasında dayanan səbəblərdən də danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun dünyanı bir münaqişədən qurtardığına, dünyanın gözü qarşısında ermənilərin məhv etdiyi ərazilərimizi Azərbaycan dövlətinin son 3 il ərzində çox sürətlə və müasir şəkildə tamamilə yenidən qurduğuna diqqəti cəlb edib.
Tədbirdə diaspor nümayəndələri - “Buta” həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Rəna Abubəkirova, “Natəvan” Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyi, Britaniya Şairlər Cəmiyyəti və Avropa Ədəbiyyatşünaslar Konqresinin üzvü Leyla Begim Cəfərova, “Elson Grand” təşkilatının üzvü Fərid Əmirəliyev çıxış ediblər.
Sonra Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Çexiya üzrə koordinatorlarının seçkisi keçirilib. Leyla Begim Cəfərova və Fərid Əmirəliyev koordinator seçiliblər.
İcma tərəfindən Praqada Azərbaycan Evinin açılması təklifi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib.
Komitənin adından Çexiyada diaspor fəaliyyətində aktiv olan icma üzvlərinə təşəkkürnamələr təqdim edilib.
Görüşün bədii hissəsində 2020-ci ildə Çexiyada “İlin adamı” seçilmiş skripkaçı, nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəflinin ifasında “Azərbaycan”, “Ana” və “Xalq Heydər söyləyəcək” mahnıları səsləndirilib.
Qeyd edək ki, hazırda dünyanın 14 ölkəsində 20 Azərbaycan Evi və 36 ölkəni əhatə edən 15 Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.
UEFA Rusiyanı Millətlər Liqasından kənarlaşdırıb
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub
İstanbulda İƏT-in Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb
Sabah Bakıda 22° isti olacaq
ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq
Sahibə Qafarova Çexiya Senatının sədri ilə görüşüb
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb
İlham Əliyev Laos prezidentini təbrik edib
Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Dünya çempionatı:Bu gün 5 güləşçimiz xalça üzərinə çıxacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Paytaxtda “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
Şəkidə “Ford” dərəyə aşıb, xəsarət alan var
Dünya çempionatı:Kişi güləşçilərimiz 5 medal qazanıblar
Sahibə Qafarova Çexiyaya səfərə gedib
"İnterpol"la axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Belqrad-Bakı birbaşa aviareysi açılır
Qubada avtomobil su kanalına düşüb
Azərbaycanda qızılcaya yoluxma halları artır
Azərbaycanda pul bazası 18 milyard manat ötür
Dünya çempionatı:Daha iki güləşçimiz medal qazanıb