logo

Ağstafada başına ağac budağı düşən gənc ölüb

13:33 29-10-2023 | icon 4662
Ağstafada başına ağac budağı düşən gənc ölüb

Ağstafada 23 yaşlı gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Səməd Vurğun Parkında qeydə alınıb.

YeniAvropa xəbər verir ki, Ağstafa şəhər sakini Seymur Məmmədov yoldaşları ilə çay içən zaman anidən ağaclardan birinin qurumuş budağı gəncin üzərinə düşüb.

Hadisə zamanı baş nahiyəsindən ağır xəsarətlər alan Seymur Məmmədov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı məlum olub ki, o, aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.