logo

Sabah Bakıda 25° isti olacaq

13:13 19-09-2023 | icon 1652
Sabah Bakıda 25° isti olacaq

Azərbaycanda sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya XidmətindənYeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.