logo

Laçında qəzada həlak olanlar “Azərenerji”nin əməkdaşları deyil 

11:44 19-09-2023 | icon 1379
Laçında qəzada həlak olanlar “Azərenerji”nin əməkdaşları deyil 

Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.

“AzərEnerji” ASC-dən YeniAvropa-ya bildirilib ki,hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.