logo

"Şahdağ"da 2 sm qar yağıb

11:22 19-09-2023 | icon 2254
"Şahdağ"da 2 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, "Şahdağ"da qar yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı: Astarada 48, Oğuzda 39, Lerikdə 34, Qəbələdə 33, İmişli, Qax (Sarıbaş), Şəkidə 29, Beyləqanda 22, Sabirabadda 21 (aylıq normanın 106 faizi), İsmayıllıda 20, Balakən, Ağdamda 19 (aylıq normanın 56 faizi), Lənkəranda 18, Biləsuvarda 17 (aylıq normanın 98 faizi), Zaqatalada 16, Göyçayda 13, Yardımlı, Şahdağda 12, Zərdab, Tərtərdə 11 millimetr, Kürdəmir, Bərdə, Yevlax, Göygöl, Neftçala, Qusar, Daşkəsən, Şamaxı, Gədəbəy, Naftalan, Gəncə, Qobustan, Xaltan, Ağsu, Mingəçevir, Şirvan, Göytəpədə 8, Bakıda və Abşeron yarımadasında isə 3 millimetrədək olub.

Şahdağda qar örtüyünün hündürlüyü 2 santimetr təşkil edib.

Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 19-u gündüz saatlarınadək davam edəcəyi, sentyabrın 20-21-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.