logo

QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası müəyyənləşib

12:32 15-09-2023 | icon 1274
QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası müəyyənləşib

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası təsdiqlənib.

YeniAvropa xəbər verir ki, sənəd Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Baş nazir Əli Əsədovun sentyabrın 14-də imzaladığı Qərarla təsdiq edilib.

Qərara əsasən, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi” də təsdiq edilib.

Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.