logo

Erməni separatçıları Xocalıda səngər qazmağa cəhd ediblər-MN

10:50 15-09-2023 | icon 1519
Erməni separatçıları Xocalıda səngər qazmağa cəhd ediblər-MN

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

 YeniAvropa xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.