logo

20-dən çox astronavt Azərbaycana gələcək

12:24 14-09-2023 | icon 1652
20-dən çox astronavt Azərbaycana gələcək

Astronavtlar proqramı çərçivəsində Azərbaycana 20-dən çox astronavt gələcək. İlk dəfə Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində astronavtlar üçün xüsusi tədbir keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC2023) hazırlıq prosesinə həsr olunmuş brifinqdə Konqresin layihə rəhbəri Rəna Cəfərova deyib.

"İAC2023" layihə rəhbəri bildirib ki, ABŞ, Almaniya, Rusiya, Kanada, İtaliya,Yaponiya və digər ölkələrdən gələcək astronavtlar üçün xüsusi proqram hazırlanıb. Proqram Konqresin tədbirləri, tələbələr ilə görüşlər, televiziya verlişlərində çıxışlar, həmçinin ictimaiyyətə açıq gün çərçivəsində avtoqraq sessiyası və digər tədbirləri özündə ehtiva edir.