logo

Bakı Mühəndislik və  Sumqayıt Dövlət universitetlərinə yeni rektorlar təyin edildi

16:11 13-09-2023 | icon 1106
Bakı Mühəndislik və  Sumqayıt Dövlət universitetlərinə yeni rektorlar təyin edildi

Prezident İlham Əliyev sentyabrın 13-də imzaladığı sərəncamlarla iki universitetə yeni rektorlar təyin edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.

Digər bir sərəncamla isə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.