logo

ABŞ-Ermənistan təlimləri Rusiyaya xəyanətdir-deputat Tahir Rzayev

11:22 13-09-2023 | icon 3129
ABŞ-Ermənistan təlimləri Rusiyaya xəyanətdir-deputat Tahir Rzayev

Sentyabrın 11-dən başlayan “EAGLE PARTNER 2023” ABŞ-Ermənistan hərbi təlimləri Ermənistanın Rusiyaya xəyanətidir. 

YeniAvropa xəbər verir ki, bunu yerli KİV-ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.

Deputat qeyd edib ki, rmənistan-Rusiya münasibətləri getdikcə kəskinləşməkdədir. Ermənilərin xəyanətkar, satqın xisləti üzə çıxır və havadarlarını qəzəbləndirməklə bərabər düşünməyə, nəticələr çıxarmağa vadar edir. Rusiyanın dəstəyi ilə bir millət kimi formalaşan, dövlət kimi yaradılan və tanınan Ermənistan bu gün öz ağasına arxa çevirir, onu satır. Bu, təbiidir. Ona çörək verəni satmaq, torpağına göz dikmək, arxadan vurmaq ermənilərin qanındadır və bunu Rusiya bilməli idi. Ancaq təəssüflər olsun ki, Rusiya rəhbərləri çox vaxt ermənilərin yağlı dilinə, yalan və böhtanlarına aldanıb, onlara dəstək verib, vəhşi, xəyanətkar bir milləti mədəniləşdiriblər, adam sayıb ortaya çıxarıblar. Adam saydıqları, tarixən bəslədikləri, qoruduqları isə indi rus xalqına nifrət nümayiş etdirir, Rusiyanın çətinliyini görüb onun düşmənlərinə qoşulur və mənfur niyyətlərini həyata keçirir.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya edilməsi üçün parlamentə göndərilməsi, ABŞ ilə hərbi təlimlərin keçirilməsi, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfəri və yardım aparması, Ermənistanın baş nazirinin, Parlament sədrinin son günlərdə kəskin anti-Rusiya bəyanatları bu ölkənin əsl simasını göstərən xüsusiyyətlərdir. Həmçinin ölkədəki mitinqlərdə Rusiya əleyhinə səsləndirilən təhqiramiz çağırışlar, çıxışlar, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasından imtina etməsi və Qərbə üz çevirməsi xəyanətin, erməni riyakarlığının nümunələridir.

Deputat bildirib ki, N.Paşinyanın Aİ missiyasını ölkəsinə dəvət edərək onların köməyinə arxalanması, NATO-ya meyllənməsi, ABŞ-la birgə təlimlərə üstünlük verməsi, ölkə rəhbərləri tərəfindən verilən bəyanatlar Qərbin Cənubi Qafqazda möhkəmləndirilməsi və Ermənistan üzərindən Rusiyaya qarşı ikinci bir cəbhənin açılması deməkdir. Bu gün Ermənistan Qərbin apardığı anti-Rusiya təbliğatının ən fəal iştirakçılarından birincisidir. Bunun üçün Ermənistan xaricdən maliyyələşdirilir və dəstəklənir. Pul ermənilər üçün tarixən dövlətdən, xalqdan, dostluqdan, səxavətdən öndə olub və bu gün də belədir. Onlar öz varlıqlarını belə var-dövlətə, mala, pula qurban veriblər və heç vaxt da utanıb çəkinməyiblər. Bu, Ermənistana yaxşı heç nə vəd etmir və onlar istər Azərbaycana, Türkiyəyə, istərsə də Rusiyaya xəyanətdən, düşmənçilik məqsədlərindən çəkinməlidirlər.