logo

Azərbaycan Argentinaya nota verib

16:56 11-09-2023 | icon 1239
Azərbaycan Argentinaya nota verib

Argentinanın ölkəmizdəki səfiri Marianxeles Belluşi sentyabrın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Argentina prezidenti Alberto Fernandesin cari ilin sentyabrın 10-da Yeni Dehli şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib.

Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib.

Bu xüsusda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.