Yol polisi sürücülərə xəbərdarlıq edib
“Bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz vəziyyətdə olması üçün Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə əsasən, məsuliyyət daşıyır və bu proses daim diqqətdə saxlanılmalıdır".
YeniAvropa xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, bu, "Yol Hərəkəti haqqında" Qanuna uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir.
“Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən yəni nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır, belə olduğu halda vəziyyəti qiymətləndirilməklə 50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur. Sürücülər onu da unutmamalıdırlar ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşdırdıqda ciddi sıxlığa, bəzən isə tıxaca da səbəb ola bilir.
Hər bir sürücü daha vacib və ciddi olan bir məqamı da unutmamalıdır ki, nasaz nəqliyyat vasitəsi ilə törədilmiş qəza cinayət hadisəsinə səbəb olubsa, bu halda həmin şəxsin məsuliyyəti daha da dərinləşir. Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə idarə etmək sürücünü sərnişinləri və ətrafdakı insanların həyat və sağlamlığını qorumaqla yanaşı, şəxsi bütün hallarda məsuliyyətdən uzaqlaşdırır. Beləliklə də digər hərəkət iştirakçılarının haqlı narazılığına və naratlığına səbəb olmamaq üçün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı və istismar edilməlidir. Bir daha sürücülərdən xahiş edirik ki, yeni dərs ilinin başlanılması və paytaxtda nəqliyyatın intensivliyinin artması ərəfəsində məsuliyyət nümayiş etdirərək avtomobillərinin texniki cəhətdən sazlığına diqqət yetirsinlər”, - deyə Araz Əsgərli vurğulayıb.
0,5 milyardlıq malı ixrac edən daha bir qrup ifşa olunub
Paytaxtda rus ər-arvadı öldürən şəxs həbs edilib
Kazanda Əliyev-Paşinyan görüşü: Sülh Sazişinin yekunlaşdırılması təlimatı verildi
Biləsuvarda "Jiquli" traktorla toqquşub:1 nəfər ölüb, 2 nəfər yaralanıb
Туркменистан выступает за системное рассмотрение климатической проблематики
Kazanda İlham Əliyev-Nikol Paşinyan görüşü başlayıb
Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığı genişləndirəcək
Putin Türkiyənin BRICS ilə əməkdaşlığını vacib sayır
Paytaxtda ərini küt alətlə vurub öldürən qadın saxlanılıb
Sinoptiklərdən Bakıda leysan ,bölgələrdə isə qar xəbərdarlığı
Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 14 milyard manata çatır
Sabah Bakıda 19° isti olacaq
“Coca-Cola” Avstriyadakı milyonlarla məhsulunu geri qaytarır
Milli Məclisinin deputatlarının noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan futbol millisi FİFA reytinqində 118-ci yerdədir
İlham Əliyev Kazanda BRICS Sammitində iştirak edir
"COP29"a gələcək qonaqlar üçün Bakı,Abşeron və Sumqayıtda 220 hotel hazırlanıb
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün “Kazan Expo” sərgi mərkəzinə gəlib
İşğaldan azad olunan ərazilərdə təqribən 1,5 milyon mina basdırılıb
Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq
Babək Quliyev UEFA-dan yeni təyinat alıb
Moskvadakı keçmiş "Bakı" kinoteatrı çoxfunnksiyalı fəaliyyətə başlayıb
Azərbaycan nefti 75,53 dollara satılır