logo

Aşqabadda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

23:13 10-09-2023 | icon 1148
Aşqabadda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Sentyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində  Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, sayca 6-cı olacaq  iclas sentyabrın 13-dək davam edəcək.   

Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəklər.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.